Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgər İbrahim Rükabzadə

25 yanvar 2021 | 16:00

İbrahim Rasif oğlu Rükabzadə 14 oktyabr 2000-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. 2006-cı ildə Boradigah qəsəbə Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olub. 2017-ci ildə həmin qəsəbə məktəbini bitirib. 2019-cu ilin aprel ayının 8-də çağırışçı kimi hərbi xidmətə yollanıb.

Əsgərliyini Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonununda “N” saylı hərbi hissəsində dəvam etdirib. 2019-cu il iyun ayının 2-sində Xüsusi Təyinatlı Qüvvələrə qatılmışdır.
Azərbaycan Ordusunun əsgəri İbrahim Rasif oğlu Rükabzadə 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı  Füzuli rayonu, Cəbrayıl şəhərinin, Zəngilan, Qubadlı və Xocavəndin alınmasında iştirak edib.

İbrahim Rükabzadə 21 oktyabr Xocavənd rayonunda şəhidlik zirvəsinə ucalıb. Şəhidin nəşi 23 oktyabr 2020-ci il tarixdə doğulduğu Masallı rayonunun Boradigah qəsəbə qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Subay idi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin əsgəri İbrahim Rasif oğlu Rükabzadə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Keçidlər