Masallıda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə davam edir
25 yanvar 2021 | 16:00
Masallı rayonunda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə prosesi davam etdirilir.
25 yanvar 2021-ci il tarixdə 123 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 7 nəfəri 65 yaşdan yuxarı, 37 nəfəri 50-65 yaş arası və 79 nəfəri isə 50 yaşadək olan şəxslərdir.
Masallı rayonu üzrə ümumilikdə 614 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 42 nəfəri 65 yaşdan yuxarı, 217 nəfəri 50-65 yaş arası və 355 nəfəri isə 50 yaşadək olan şəxslərdir. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir.