Masallıda dezinfeksiya işləri davam etdirilir
25 yanvar 2021 | 16:00
Masallıda Koronavirus (COVİD-19) infeksiyasına yoluxma halları azalmasına baxmayaraq Gigiyena və Epidemiologiya Mərkəzi və rayon Dezinfeksiya Stansiyası tərəfindən dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir.
Belə ki, rayon üzrə gündəlik olaraq əhalinin sıx olduğu yerlərdə, məsələn Rayon Mərkəzi Xəstəxanası, Mərkəzi Poçt, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat və digər yerlərdə dezinfeksiya işləri həyata keçirilir. Əlavə olaraq rayon mərkəzində 2 prospekt və 18 küçə xüsusi nəqliyyat vasitələri ilə dezinfeksiya olunur ki, bu da əhalinin mərkəzi küçələrdə yoluxma riskini aşağı salmasına səbəb olur.