Masallıda aqrar sahədə işlə təmin olunanlar
Masallı ölkənin böyük aqrar rayonlarından biridir. Rayonda aqrar sahənin inkişafına daim diqqət artırılır.
Belə ki, Masallı rayon Statistika idarəsinin müdir müavini Ülfət Məmmədovun verdiyi məlumata görə 2020-ci ildə rayon üzrə 16896,7 hektar sahədə əkin aparılmışdır ki, bu əkin sahələrində ümumilikdə 18767 nəfər işlə təmin olunmuşdur. Onlardan 6792 nəfər dənli və paxlalı bitkilərin, 231 nəfər texniki bitkilərin, 8054 nəfər bostan və tərəvəz bitkilərinin, 3690 nəfər isə yem bitkilərinin əkini üçün işlə təmin olunmuşlar.
2019-cu ildə isə rayon üzrə 17328,7 hektar sahədə əkin aparılmışdır ki, bu əkin sahələrində ümumilikdə 16404 nəfər işlə təmin olunmuşdur. Onlardan 6198 nəfər dənli və paxlalı bitkilərin, 189 nəfər texniki bitkilərin, 7054 nəfər bostan və tərəvəz bitkilərinin, 2963 nəfər isə yem bitkilərinin əkini üçün işlə təmin olunmuşlar.