Masallı şəhərinin parkları abadlaşır
Masallı şəhəri ərazisində vətəndaşların asudə vaxtlarının səmərəli keçirmələri üçün lazımi şəraitin yaradılması istiqamətində daim işlər aparılır.
Belə ki, Masallı şəhərinin Səməd Vurğun küçəsində yerləşən Xətai parkında yenidən qurma işləri aparılmışdır. Parkda 1500 m2 tamet döşənmiş, 1000 p/m səki bardürü düzülmüş, 35 ədəd işıqlandırılma dirəkləri quraşdırılmış, 2 girişli sanitar qovşaq inşa edilmiş, 2 ədəd söhbətgah quraşdırlmış, 20 ədəd park oturacaqları və məişət tullantıları üçün nəzərdə tutulan qutular qoyulmuşdur.
Masallı şəhərinin Heydər Əliyev, Qəhrəmanlar parkı və Bayraq meydanında 3150 p/m yararsız səki daşları sökülərək götürülmüş və yenisi ilə əvəz edilmişdir. Əlavə olaraq Qəhrəmanlar parkında 2 girişli sanitar qovşaq inşa edilmiş, Heydər Əliyev parkında isə 1500 m2 yararsız vəziyyətə düşmüş piltələr sökülmüş və yenisi ilə əvəz olunması işlərinə başlanılmışdır. Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşı tərəfində yerləşən meydanda 6 ədəd xüsusi metaldan hazırlanmış oturacaq qoyulmuşdur.