Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Gənclər Evi - 2020

28 yanvar 2021 | 16:00

Masallı Gənclər Evi “Gənclər Siyasəti haqqında Azərbaycan Respublikası qanunu”,   Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq edilmiş  2020 ci il üzrə  iş planına uyğun olaraq gənclər siyasətinin həyata keçirilməsi, onlara dəstək verilməsi; gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində təbliğat və təşviqat işinin aparılması, gənclər arasında könüllülük fəaliyyətinin təşviq edilməsi məqsədilə tədbirlər keçirmişdir.

  Keçirilən tədbirlərə Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibəti ilə "Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda onlayn videokonfrans, gənclərin peşə və karyera seçimi zamanı qarşılaşdığı problemlərin həllində onlara kömək etmək məqsədilə gənclər üçün "Karyerada fərdi inkişaf" mövzusunda, "İxtisas üzrə necə karyera qurmaq olar"  mövzusunda vebinar, 26 iyun "Silahlı qüvvələr günü münasibəti ilə 8-12 yaşlı uşaqlar arasında onlayn şeir müsabiqəsi, 12 avqust "Beynəlxalq Gənclər Günü" ilə bağlı Gənclər bizim sabahımızdır mövzusunda onlayn konfrans, "Narkomaniya və zərərli nəticələri haqqında  gənclərin məlumatlandırılması" mövzusunda onlayn tədbir, yeniyətmələr arasında erkən nikahın fəsadları və qarşısının alınması məqsədilə maarifləndirici onlayn tədbir, gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə təşkil olunmuş 15 sentyabr "Bilik günü" nə həsr olunmuş fərdi intellektual yarışma, 18 sentyabr Milli Musiqi Günü ilə bağlı onlayn tədbir,
Əsrin müqaviləsinin Azərbaycan üçün iqtisadi, sosial əhəmiyyəti barədə diskussiya, Tarix Diyarşünaslıq Muzeyinə virtual səyahət mövzusunda vebinar,
12 noyabr "Konstitusiya günü" münasibətilə "Sənin hüquqların" devizi altında gənclərə hüquqlarının aşılanması mövzusunda onlayn tədbir, yaradıcı gənclərin formalaşması və onlara stimul verilməsi məqsədilə istedadlı və yaradıcı insanlarla gənclərin görüşünü təşkil etmək mövzusunda onlayn tədbir,  1 dekabr "Ümumdünya QİÇS -lə mübarizə günü" ilə bağlı həsr olunan  Gələcəksən şüarı altında yeniyetmə və gənclər arasında maarifləndirmə işi" mövzusunda onlayn görüş, 3 dekabr "Beynəlxalq Əlillər Günü" ilə bağlı fiziki məhdudiyyətlə şəxslərlə onlayn görüş, 5 dekabr "Beynəlxalq könüllülər günü" ilə bağlı "Könüllü fəaliyyətinlə seçil" mövzusunda onlayn görüş,  Masallı Gənclər Evinin əməkdaşları 44 günlük Vətən müharibəsində Füzuli rayonunun azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş Vətən  müharibəsi əlili Daməd İbrahimli ilə görüşün keçirilməsi, Zəfər paradı ilə bağlı "Qələbə günün mübarək Azərbaycan Əsgəri" mövzusunda onlayn görüş, "Ümumilli lider Heydər Əliyevin anım günü ilə bağlı Masallı rayon Heydər Əliyev Mərkəzinə onlayn ekskursiyanın təşkili",  "İnsan alverinə qarşı mübarizə məqsədilə maarifləndirici tədbir" mövzusunda gənclərin iştirakı ilə vebinar, "Əlilliyi olan gənclərin valideynləri ilə görüşlərin keçirilməsi və onların cəmiyyətə adaptasiya olunmasını təmin etmək məqsədilə məsləhət xidmətinin təşkili" mövzusunda onlayn görüş, Layihə yazmaq,qrant layihələrdə iştirak etməyən istəyən gənclər üçün mütəxəssislərin iştirakı ilə təlim və s tədbirlər daxildir.
Hesabat dövründə gənclər sahəsi üzrə keçirilən 26  tədbirdə 1000 nəfərdən artıq gənclər iştirak etmişdir.

Keçidlər