Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda rəsm müsabiqəsi qalibləri mükafatlandırıldı

28 yanvar 2021 | 16:00

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar 14-18 yanvar tarixlərində Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “20 Yanvar - Qan Yaddaşımız” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilmişdir.

Müsabiqənin qalibləri onlayn səsvermə və münsiflər heyyəti tərəfindən müəyyən edilmişdir.
Karantin rejiminin qaydalarına riayət olunmaqla, müsabiqə iştirakçıları ilk öncə Mərkəzin Ekspozisiya-sərgi zalında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən foto stendlərlə yaxından tanış oldular, daha sonra müsabiqə iştirakçılarına Masallı rayon Heydər Əliyev Mərkəzi tərəfindən hədiyyə və diplomlar təqdim  olundu.

I yer - Əliyev İbrahim,İbayev Səid,Əsgərli Əsnad

II yer- Əsgərli Zəhra, Miriyeva Mirzəhra, Həsənova Fizzə

III yer- Kazımzadə Turan, Həşimova Zeynəb, Quliyeva Xatirə

Keçidlər