Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “8-Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilmişdir

06 mart 2015 | 16:00

06 Mart 2015-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində “8-Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü il Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq əvvəlcə tədbir iştrakçılarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik etmiş, hər birinə cansağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzulamışdır.Sonra, bildirmişdir ki,Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olduğunu nəzərə çatdırdı.
Sonra tədbirdə Masallı rayon Uşaq Yaradıcılıq Məktəbinin direktoru Əsmər Axundova, Gənclərdən GülnarNəsirova, Günay Hüseynova , Aysel Əzizli, Səbuhə Həsənova, Günay Mehralıyeva,Nigar Bağırova ,Dilrubə Məmmədova və s. çıxış edərək 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə bütün qadınları səmimi qəlbdən təbrik etmiş və onlara gələcək işlərində uğurla arzulamışlar.
Sonda bir qurup fəal gənc xanımlara Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində Fəxri Fərman və hədiyyələr verilmişdir.

Keçidlər