Masallıda təhsil müəssisələrinin dezinfeksiyası yekunlaşdı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” Qərarının icrası ilə əlaqədar Masallı rayonunda ümumtəhsil məktəblərinin dezinfeksiya olunmasına başlanılmışdır.
Belə ki, 01 fevral 2021-ci il tarixdə ümumtəhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası ilə əlaqədar olaraq rayon üzrə 95 ümumtəhsil müəssisəsi Masallı rayon Gigiyena və Epidemiologiya Mərkəzi və rayon Dezinfeksiya Stansiyası tərəfindən dezinfeksiya olunmuşdur. Masallı rayonunda bütün ümumtəhsil müəssisələri əyanı tədris və təlim-tərbiyə prosesinə tam hazırdır.