Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Qəhrəmanlarımızı tanıdaq" onlayn layihəsi

28 yanvar 2021 | 16:00

28 yanvar 2021 ci il tarixində  "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin  təşkilatçılığı ilə "Qəhrəmanlarımızı tanıdaq"  layihəsinin qonağı  I və II Qarabağ müharibəsinin iştirakçısı ehtiyatda olan kapitan Camaləddin Məmmədovla gənclərin onlayn görüşü keçirilmişdir.
  Tədbiri giriş sözü ilə açan "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin dərnək rəhbəri Qumral Rzalı  əsgərlərimizin  şücaətindən və dövlətimizin onlara xüsusi qayğısından söhbət açmışdır.
Tədbirdə çıxış edən edən "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov qeyd edib ki, gənclərimizə örnək olması üçün Vətən müharibəsi qəhrəmanlarının həyatı, döyüş yolu daima öyrənilməli və təbliğ olunmalıdır. 
Tədbirdə çıxış edən I və II Qarabağ müharibəsi iştirakçısı ehtiyyatda olan zabit kapitan Camaləddin Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsində keçirdiyi döyüş yolu haqqında məlumat vermiş, əsgərlərimizin öz fədakarlıqları ilə Vətən torpağını, xalqını müqəddəs tutmalarından danışmışdır.
Vətən müharibəsi iştirakçısı Camaləddin Məmmədov Vətən müharibəsi qəhrəmanlarının  gənclər arasında təbliği onların milli ruhda əsl vətənpərvər kimi tərbiyə olunmasında böyük əhəmiyyətə malik olduğunu qeyd etmişdir.

Keçidlər