Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda heyvandarlıq məhsulları artır

29 yanvar 2021 | 16:00

Masallı rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də heyvandarlıq sahəsində uğurlu nəticələrvar. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.

Rayon statistika idarəsinin rəis müavini Ülfət Məmmədov məlumat verərək bildirmişdir ki, 2021-ci ilin yanvarın 1-i tarixinə rayonda 73 min 227 baş iri buynuzlu mal-qara, 93 min 936 baş qoyun və keçi olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə iri buynuzlular 0.2 faiz, qoyun və keçılər 1.8 faiz artıb.
2020-ci ildə təsərrüfatlarda 6347.9 ton ət, 49 min 462.8 ton süd, 58 min 842 ədəd yumurta,146.6 ton yun istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 2.1 faiz, süd istehsalı 0.4 faiz, yumurta istehsalı 0.9 faiz, yun istehsalı 1.1 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması, süni mayalanmanın uğurla həyata keçirilməsində mühüm rol oynayır.
Bundan başqa rayonda 2021-ci il yanvar ayının 1-i tarixinə quşların sayı 525435 baş olmuşdur.

Keçidlər