Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Vətənpərvər Azərbaycan Gəncləri" mövzusunda onlayn görüş

29 yanvar 2021 | 16:00

29.01.2021-ci il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə 2 fevral Gənclər günü münasibətilə "Vətənpərvər Azərbaycan Gəncləri" mövzusunda ll Qarabağ müharibəsi iştirakçılarının, qazilərin və gənclərin iştirakı ilə onlayn görüş keçirildi.İlk öncə Azərbaycanının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxışına başlayaraq bildirdi ki,bu gün ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual bir məsələdir.Çünki, vətənpərvərlik hissinin aşılanması dövlətin,adət-ənənələrin, bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür.Gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verən Ulu Öndər Heydər Əliyev nitqlərinin birində söyləmişdir:"Hər bir gənc vətənpərvər olmalıdır".Daha sonra çıxış üçün söz Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Vafiq Xəlilova verildi.V.Xəlilov bildirdi ki, biz 44 gün davam edən müharibəni məhz sizin kimi vətənpərvər gənclərin mərdliyi,qəhrəmanlığı ilə qələbə qazandıq.Bu Qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərdi
Bizim birliyimizin ,gücümüzün qarşısında heç bir qüvvə dura bilmədi.Sonda  II Qarabağ müharibəsinin iştirakçılardan Baş Leytenant Şahmarov İbrahim, Leytenant Muradov Nurlan,Şəhid Mayor Anar Novruzovun oğlu Nihad Novruzov və Hərbçi qızı Jalə Fərzullayeva mövzu ətrafında geniş fikirlər bildirmişlər.

Keçidlər