Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı RT gənclərlə onlayn görüş keçirdi

30 yanvar 2021 | 16:00

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev 02 fevral Azərbaycan Gənclər günü münasibəti ilə "Vətənimizin gələcəyi olan gənclər" mövzusunda onlayın görüş keçirmişdir.

Onlayn görüşdə ilk öncə Vətən Müharibəsində şəhid olmuş cəsur igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra görüşü açan Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev onlayn görüşdə iştirak edən gənclərin timsalında bütün gəncləri 02 fevral Azərbaycan gəncləri günü münasibəti ilə təbrik etdi və hər bir gəncə uğurlar arzuladı.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtim Qarayev, Gənclər Birliyinin sədr müavini Dilbər İbayeva, Vətən Müharibəsi iştirakçısı, qazi, müəllim Ceyhun Qurbanov və başqaları çıxış edərək ölkə gənclərini təbrik etdilər və gələcək işlərində uğurlar arzuladılar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bir qrup fəal gəncə fəxri fərman və qiymətli hədiyyələr təqdim ediləcəyini elan etdi.

Keçidlər