Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Mən əsgərəm” mövzusunda onlayın tədbir

30 yanvar 2021 | 16:00

Rəhim Tağıyev adına Masallı Rayon Tarix Diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə II Qarabağ müharibəsi iştirakçılarının, qazilərin, ali məktəb tələbələrin. Asan Xidmət  və muzey Konüllülərin iştirakı ilə 2 fevral Beynəlxalq Gənclər günü münasibətilə “Mən əsgərəm” mövzusunda onlayın tədbir keçirildi.

İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik  sükutla yad edildi. Masallı Tarix Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva   gənclərimizin simasında bütün Azərbaycan gənclərini  Gənclər günü münasibətilə təbrik edərək, çıxışına başlayaraq  bildirdi ki, Azərbaycanda əsası Ümummili lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti,indi daha qətiyyətlə həyata keçirilir.  Tağıyeva çıxışında Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq etməsi, Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şəraitin və  böyük diqqətin nəticəsi olduğunu bildirdi. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Gənclərimizin nələrə qadir olduğunu 44 günlük Vətən müharibəsində vuruşan istərsə ön cəhbədə,istərsədə arxa cəhbədə olan gənclərimizin bir yumruq ətrafında sıx birləşərək,  hər bir kəs öz peşəsində  əsl Azərbaycan əsgəri olduqlarını birdaha təsdiqlədilər. Gənclərimizim və gələcək nəsillərin milli -mənəvi,vətənpərvər ruhda böyüməsində hər birimiz  öz peşəsində Azərbaycan əsgəri olmalıyıq olduğunu Tağıyeva vurğuladı.
Qazilərimizdən Vadim Eyvazoğlu, Rəşid İbadullayev, Bayramlı Orxan, Həsənov Səndam, Qəzənfərli Talıb çıxışlarında Azərbaycan gənclərini gənclər günü münasibətilə təbrik etdilər. Bu il gənclər gününün bizlər üçün ikiqat bayram olduğunu qeyd edərək,uzun illərin tapdağı altında qalan torpaqlarımızdan həyatın durması hamımızda natamamlıq hissi yaratmışdı,lakin bu gün hər şey başqa cürdür. Biz gənclər mərd,başıuca ,qururla bütöv  Azərbaycanın inkişafı və rifahı üçün əlimizdən gələni əsirgəməməliyik.Bu qələbədə qazandıqları uğura görə dövlətimizə,ordumuza və  Azərbaycan əsgərinin arxasında duran Azərbaycan xalqına təşəkkürlərini bildirdilər. Qazilər dövlət tərəfindən hər bir şəhid ailəsinə ,qazilərə, veteranlara göstərilən  qayğı və diqqətə görə minnətdarlıqlarını bildirdilər. Asah xidmətin Könüllərindən Heydərli Əlyar, tələbələrdən Nihad Mikayılov çıxış edərək gəncləri Gənclər günü münasibətilə təbrik etdilər.

Keçidlər