Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkil ilə bağlı onlayn görüş

31 yanvar 2021 | 16:00

Masallı Rayon Təhsil Şöbəsinin əməkdaşları və məktəb rəhbərlərinin iştirakı ilə virtual iclas keçirildi. İclasda 350 nəfər iştirak etdi. İlk öncə Vətən müharibəsində həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
İclası Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov açaraq qeyd etdi ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə fevral ayının 1-dən tədris və təlim-tərbiyə prosesi mərhələli şəkildə əyani formada təşkil olunur. Həmin tarixdən etibarən ümumi təhsil müəssisələrində ibtidai siniflər, məktəbəhazırlıq qrupları və icma əsaslı məktəbəqədər təhsil qruplarında əyani təhsil bərpa olunacaqdır. Epidemioloji vəziyyətdən aslı olaraq V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlb edilməsi barədə 2 həftədən sonra qərar veriləcəkdir. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən "Xüsusi karantin rejimi dövründə ümumtəhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkil edilməsi barədə" 29.01.2021-ci il tarixli, F-21 nömrəli əmr verilmişdir. Rayonumuzda üçgünlük tədris rejimi tətbiq ediləcəkdir. Əmrə uyğun olaraq pandemiya qaydalarına ciddi riayət edilməli, məktəblərdə istilik problemləri tez bir  zamanda həll edilməlidir. Eyni zamanda Tariyel Əkbərov qeyd etdi ki, Təhsil Nazirliyindən 29.01.2021-ci il tarixli, 04-09-70/13 nömrəli təlimati məktub daxil olmuşdur.
Bundan əlavə Tariyel Əkbərov məktəb direktorlarına məktəb avadanlıqlarının qorunması və onlardan səmərəli istifadə edilməsi , vətəndaşların müraciətlərinə həssaslıqla yanaşmaq haqqında tapşırıqlar verdi.
Rayon Təhsil Şöbəsinin böyük məsləhətçisi Qoşqar Hətəmov dərslərin 01.02.2021-ci il tarixdən təşkil olunması, Respublika fənn olimpiadalarının rayon turunun keçiriləcəyi və şagird yerdəyişməsi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Q.Hətəmov həmçinin məktəb sənədlərinin düzgün aparılması barədə məktəb direktorlarına tapşırıqlar verdi.
İclasın sonunda "Dəfinə" məktəb-liseyinin direktoru Taleh Əkbərov, Boradigah qəsəbə 1 saylı tam orta məktəbinin direktoru Azər Mirzəyev, Dəlləkoba kənd ümumi orta məktəbinin direktoru Rakit Həmidov və digərlərinin sualları cavablandırıldı.

Keçidlər