Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı idmanı 2020

31 yanvar 2021 | 16:00

Sevindirici haldır ki, cənab Prezidentimizin apardığı uğurlu daxili və xarici siyasəti  gənclər sahəsində olduğu kimi İdman sahəsində  də  özünü göstərir.
       Ölkə başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı Rayonumuzdan da yan keçməmişdir belə ki, 2020-ci il ərzində Rayonda Bədən Tərbiyəsi və İdmanın kütləviliyinin artırılması istiqamətində Gənclər və İdman İdarəsi tərəfindən əlaqədar  təşkilatlarla birgə kifayət qədər  işlər həyata keçirilmişdir.
1.11-18 yanvar 2020-ci il tarixlərdə Boradigah İdman zalında 20 Yanvar faciəsinin otuzuncu  ildönümünə həsr olunmuş gənclər və kişilər arasında futzal üzrə Masallı rayon birinciliyi keçirilmişdir.
2. 17-18 yanvar 2020-ci il tarixlərdə “Azər” İdman klubunda 20 Yanvar faciəsinin otuzuncu  ildönümü ilə bağlı uşaqlar və yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
3. 17-18 fevral 2020-ci il tarixlərdə Boks Mərkəzində 26 fevral Xocalı qurbanlarının əziz xatirəsinə həsr olunmuş 2006-2008-ci il təvəllüdlü yeniyetmələr arasında boks idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
4. 19 -28 fevral 2020-ci il tarixlərdə Boradigah idman zalında Masallı rayon tam orta məktəblərinin X-XI sinif şagirdləri (oğlan və qızlar) arasında Voleybol idman növü üzrə rayon birinciliyinin qrup oyunları keçirilmişdir.
Gənclər sahəsində olduğu kimi, idman sahəsində də mövcud pandemiya səbəbindən kütləvi tədbirlərin keçirilməsinə qoyulan qadağa fəaliyyətimizin onlayn qaydada keçirilməsinə zəmin yaratmışdır.
5. 10-30 aprel 2020-ci il tarixlərdə onlayn qaydada “Evdə qal, idmansız qalma” layihəsinə Masallı rayon Gənclər və İdman idarəsinin nəzdində fəaliyyət göstərən UGİM-in cüdo, boks, taekvando, sərbəst güləş və digər idman növlərində aksiyaya qoşulmuşdular.
6. 15-16 iyun 2020-ci il tarixlərdə  15 iyun “Milli Qurtuluş Günü”nə həsr edilmiş 08-12 yaşlı oğlan və qızlar arasında şahmat idman növü üzrə onlayn qaydada rayon birinciliyi keçirilmişdir.
7. 20-21 iyul 2020-ci il tarixlərdə “Masallı Gənclər Paytaxtı-2020” seçilməsi ilə əlaqədar olaraq gənc oğlan və qızlar arasında onlayn qaydada şahmat yarışı üzrə açıq rayon birinciliyi keçirilmişdir.
8. 20-21 avqust 2020-ci il tarixlərdə Gənclər evində “Könüllülər ili”nə həsr olunmuş gənclər və yeniyetmələr arasında dama stolüstü oyunu üzrə rayon birinciliyi keçirilmişdir.
9. 25-26 avqust 2020-ci il tarixlərdə Masallı rayon Mərkəzi stadionunda  Rayon Gənclər və İdman İdarəsinin və “Azərbaycan İdman Könüllüləri” İctimai birliyinin birgə təşkilatçılığı ilə sosial məsafənin saxlanılması şərtilə açıq hava şəraitində “Könüllülər ili”nə həsr olunmuş, 16-29 yaşlı gənclər arasında “Atletika” idman növü üzrə “Könüllülər kuboku” yarışı keçirilmişdir.
10. 10-11 sentyabr 2020-ci il tarixlərdə Masallı rayon F. Şükürov adına Lürən kənd tam orta məktəbin idman meydançasında  “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq, Masallı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Covid-19” pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl etmək şərtilə Rayon üzrə 16-29 yaşlı gənclər arasında basketbol idman növü üzrə yarış keçirilmişdir.
11. 20-21 sentyabr 2020-ci il tarixlərdə Masallı şəhər Mərkəzi stadionunda “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq, Masallı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Covid-19” pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl etmək şərtilə Rayon üzrə 16-29 yaşlı gənclər arasında mini-futbol idman növü üzrə yarış keçirilmişdir.

12. Quliyev Heydərəli Xanağa oğlu cüdo idman növü üzrə idman ustalığına namizəd adını almışdır.

İl  ərzində Bədən tərbiyəsi və idman sahəsi üzrə keçirilən 11 sayda rayondaxili tədbirdə 500 nəfərdən artıq uşaq, yeniyetmə və gənc idmançı iştirak etmişdir.
Hesabat dövrü ərzində idman sahəsi üzrə rayondankənar Gənclər və İdman Nazirliyi və digər federasiyalar tərəfindən keçirilən Zona, Respublika turnir və Azərbaycan birinciliyi və çempionatları və Beynəlxalq Turnirlərdə idmançılarımız fəal iştrak edərək uğurlu nəticələr əldə etmişlər .
Belə ki, il  ərzində Bakı şəhərində keçirilən boks idman növü üzrə Azərbaycan birinciliyində Hüseynov İnayət Bayram  oğlu III yerə, Rusiya federasiyasının Moskva şəhərində keçirilən Karate idman növü üzrə Dünya çempionatında  Əhədov Allahyar Afər oğlu III yerə layiq görülərək rayonumuzun adını yüksəklərə qaldırmışlar.

Keçidlər