Şriftin ölçüsü :

Saytın rəngi :

Lürən və Pircana kəndlərinə mavi qaz verildi.

13 dekabr 2012 | 16:00

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi Masallı rayonunda da geniş abadlıq və quruculuq işləri o cümlədən əhalinin sosial problemlərin həlli istiqamətində işlər görülür.
Belə ki, 11 dekabr 2012-ci il tarixdə Lürən kəndində 220 və Pircana kəndində isə 90 abonentə təbii qaz verilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Lürən və Pircana kəndlərində təbii qaz verilməsinə həsr olunmuş tədbirdə çıxış edərək yerli sakinləri əlamətdar hadisə-təbii qaz verilməsi münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Çıxışda qeyd olunmuşdur ki, ölkəmizdə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra olunur, ayrı-ayrı yaşayış məntəqələrində təkcə qaz xətti deyil, içməli su və digər sosial problemlər həll edilir, yollar çəkilir, təhsil və səhiyyə müəssisələri istifadəyə verilir. Kənd ağsaqqallarından Balakərim Yaqubov, Ələm İsmayılov, ziyalılardan Gülnaz Talıbova, kənd sakinlərindən Həqiqət Mahmudova və başqaları çıxış edərək möhtərəm prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə Azəriqaz İstehsalat Birliyinin Baş direktorunun müavini Qağaməli Seyfullayev iştirak və çıxış etmişdir.
Sonda rayon İcra hakimiyyətinin başçısı R. Hüseynov təbii qaz verilməsini nümayiş edən mavi alovu alişdırmışdır.
 

Keçidlər