Şriftin ölçüsü :

Saytın rəngi :

5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi

05 mart 2015 | 16:00

05 mart 2015-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə Rayon idmançıları  ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və xatirəsinə dərin ehtiramlarını bildirmişlər.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirdi ki, 5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür. Bu tarix Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır. 2012-ci il həm də Dövlət başçımız tərəfindən “İdman ili” elan edilib. Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev  Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymuşdur. Prezident İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı. və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərmişdir. Sonra 2014-cü il ərzində idmançılıarımızın uğurlarından danışaraq bir daha idmançılarımıza gələcək yarışlarda uğurlar arzulamışdır.
Tədbirdə  Masallı Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Qəşəm Hadıyev rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov adından idmançıları salamladı. Sonra  bildirdi  ki, Azərbaycan artıq dünyanın idman mərkəzlərindən birinə çevrilib - bu fikri indi böyük fəxrlə söyləmək olar. Ölkə rəhbərinin idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları bu sahədə hər kəsi səfərbər edir. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. Bir-birinin ardınca istifadəyə verilən Olimpiya İdman Komleksləri indi bölgə idmanının inkişafında da mühüm rol oynayır. Hazırda belə gözəl idman  komplekslərindən biri də bizim rayonda idmançılarımızın istifadəsindədir. Bunun nəticəsi olaraq idmançılarımız hər il idmanın müxtəlif növləri üzrə keçirilən yarışlarda uğurlu nəticələr göstərirlər. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idmanictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar.
Tədbirdə Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Famil Fərmanlı, məşqiçi müəllimlərdən Əmənov Qardaşxan Adəm oğlu, Mehtiyev Həbib Zeydulla oğlu, İsayev Qurbanəli Qiyas oğlu, Məmmədov Bəhrəm Əkbər oğlu  və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğıdan danışaraq ölkə başçısının apardığı siyasəti dəstəylədiklərini bildirərək idmançılarımızı  təbrik etmişlər.
Sonda 2014-cü ildə əməkdar məşqiçi və Bədən tərbiyəsi və idman işçisi adını almış müəllimlərə, orta ümumtəhsil  məktəblərində Bədən tərbiyəsi  müəllimi  işləyən müəllimlərə , bir qurp idmançılara və veteran məşqçilərə Gənclər və İdman İdarəsi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələr dəqdim edildi.

Keçidlər