Masallıda "Hərbiçilərlə görüş" adlı onlayn konfrans
Masallı Dövlət Regional Kollecinin təşkilatçılığı ilə "2 fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə "Hərbiçilərlə görüş" adlı onlayn konfrans keçirilib.
Videokonfransda kollecin pedaqoji kollektivi və 44 günlük Vətən müharibəsində iştirak edən tələbələri iştirak edib.
Videogörüş öncəsi Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Kollecin direktoru, “Tərəqqi” medallı pedaqoq Vidadi Nəzərov tələbələri gənclər günü münasibətilə təbrik edib, onların qayğıları ilə maraqlanıb.
Kollecin direktor müavinləri Namik Ağayev, Dilarə Hüseynova, şöbə müdiri Nazim Əliyev çıxışlarında Vətən müharibəsində iştirak edən tələbələrin qəhrəmanlıqlarından danışıb, onlara ən xoş arzularını çatdırıblar.
Hərbiçi tələbələrdən Savalan İmanov, Əmrah Dünyamalıyev, Tural Mikayıllı, Pərviz Yusubov, Həsən Həsənov və başqaları döyüş zamanı göstərdikləri şücaətlərdən bəhs edib, onlara göstərilən diqqətə görə aidiyyəti təşkilatlara minnətdarlıqlarını bildiriblər.
Kollecin müəllimi Cəmaləddin Əliyev və bir qrup tələbənin ifasında onlayn kompozisiya nümayiş etdirilib.