Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı royonunda açılmış iş yerlərinin sayı

01 fevral 2021 | 16:00

     2020-ci ildə dünyanı cənginə alan koronavirus pandemiyasının bir sıra sahələrdə həyatı iflic vəziyyətinə salmasına baxmayaraq, respublikamızda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin icrası, sahibkarlar üçün yaradılan əlverişli şərait və onlara göstərilən dövlət dəstəyi Masallıda rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına şərait yaradıb.

Rayon statistika idarəsindən bildirilib ki, ötən il Masallıda 1471 yeni iş yeri açılıb ki, açılan iş yerlərinin hamısı daimidir. Bu iş yerlərinin 28-i yeni yaradılan müəssisələrdə, 17-si mövcud müəssisələrdə, 1426-i isə fiziki şəxslər tərəfindən açılmışdır.
  Qeyd edək ki, aqrar sektorda aparılan islahatlar, tutünculuk, baramaçılıq kimi ənənəvi sahələrin inkişafına göstərilən dövlət dəstəyi minlərlə mövsümi iş yerinin açılmasına şərait yaradıb. Təkcə ötən il tütünçülük və baramaçılıq sahələrində 2000 nəfərdən çox insan işlə təmin olunub.

Keçidlər