Masallı ümumtəhsil məktəblərində ənənəvi təhsil qismən bərpa olunub
01 fevral 2021 | 16:00
01 fevral 2021-ci il tarixdə Masallı rayonu ümumtəhsil məktəblərində ənənəvi təhsil qismən bərpa olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə fevral ayının 1-dən tədris və təlim-tərbiyə prosesi mərhələli şəkildə əyani formada təşkil olunur. Bu gündən etibarən ümumi təhsil müəssisələrində ibtidai siniflər, məktəbəhazırlıq qrupları və icma əsaslı məktəbəqədər təhsil qruplarında əyani təhsil bərpa olunmuşdur.
Bu gün rayon üzrə I-IV siniflərdə təhsil alan 6334 şagird əyani təlim tərbiyə prosesinə başlamışdır.