Masallı gəncləri ilə onlayn görüş
02 fevral 2021-ci il tarixdə Masallı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə “2 fevral -Azərbaycan Gəncləri Günü” münasibəti ilə onlayn görüş keçirilmişdir.
Görüşdə Masallı rayon İcra hakimiyyəti, rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində çalışan gənclər, eləcə də Vətən müharibəsi qaziləri ilə iştirakçılar, könüllü gənclər iştirak etmişdir.
İlk öncə tədbir iştirakçıları vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
2 fevral -Azərbaycan Gəncləri Gününə həsr olunmuş onlayn tədbiri açan Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən söhbət açmış və əlamətdar gün münasibəti ilə bütün gəncləri təbrik etmiş, hər birinə gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Sonra Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Caman Manafov məruzə ilə çıxış etmişdir.
Onlayn görüşdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtim Qarayev, Gənclərin İnkişaf və Karyera Mərkəzi MMC-nin Masallı nümayəndəliyinin direktoru Vafiq Xəlilov, Masallı “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov, Gənclərin İnkişaf və Karyera Mərkəzi MMC-nin Masallı nümayəndəliyinin könüllüsü Əsra Yusifli, Masallı şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Nurlan Muradov və başqaları çıxış edərək gənclər günü münasibəti ilə bütün gəncləri təbrik etmiş və uğurlar arzulamışlar. O cümlədən çıxış edən hər bir gənc ölkədə Azərbaycan gəncliyinə göstərilən yüksək diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildirdilər.
Görüşdə rayon İcra hakimiyyətinin təklifi ilə gənclərin təşəbbüslərini səsləndirməsi üçün şərait yaradılmışdır. İlk olaraq Mololon kənd orta məktəbinin müəllimi Könül Qənbərova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Masallı məktəblilərinin Şuşa rayonuna səfər etmələri üçün müraciətlərin olunması ilə bağlı təklifini səsləndirdi. Sonra Masallının səsi azad media qurumunun rəhbəri Mərhəmət Lələyev tərəfindən Masallı şəhəri ərazisində şəhidlər xiyabanının salınması təklifi irəli sürüldü. Digər təklif isə Şəhidlər parkının salınması ilə bağlı Masallı “Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşı Qumral Rzalıdan gəldi.
Vətən müharibəsi qaziləri və iştirakçıları da təkliflərə qoşuldular. Belə ki, Nəsrəddin Bəşirov və Sadiq Heydərov Güllütəpə ərazisində internet xəttinin qaydasına salınması, kənd yollarının təmir olunmasına köməklik göstərilməsi kimi müraciətlərini bildirdilər.
Çıxışlar, müraciət və təkliflərdən sonra Masallı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova Masallı rayon İcra hakimiyyəti başçısının 01 fevral 2021-ci il tarixli 14 və 15 nömrəli Sərəncamları ilə Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuş rayonun bir qrup gəncinin adlı siyahısını səsləndirdi. Sərəncamlara əsasən aşağıda adları göstərilən şəxslər “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə, təhsil, mədəniyyət, səhiyyə, sahəsindəki xidmətlərinə və II Qarbağ müharibəsində fəal iştirak etdiklərinə görə Masallı Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərmanı” ilə təltif edilsinlər:
1. Novruzova Aybəniz İlham qızı – Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu;
2. Şahverdiyev Rəmzi Əlövsət oğlu – I Səmidxan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndliyinin baş məsləhətçi-baş mühasibi;
3. Mənsimov Fuad Polad oğlu – “Gənclər evi” sosial xidmət müəssisənin direktoru;
4. Rəcəbov Elxan Balaxan oğlu - 70 saylı Masallı şəhər Dairə Seçki Komissiyasının məsləhətçisi;
5. Vəkilzadə Gülcahan Rəhim qızı - Heyər Əliyev Mərkəzinin Baş Fond Mühafizi
6. Muradov Nurlan Şaiq oğlu – Heydər Əliyev Mərkəzinin istilik sistemləri üzrə mühəndis;
7. Zeynallı Səməd Pərviz oğlu – Heydər Əliyev Mərkəzinin təsərrüfat müdiri;
8. Bəşirov Nəsrəddin Firudin oğlu – Yolağac kənd tam orta məktəbinin müəllimi;
9. Əliyev Samir Tofiq oğlu – Qızılağac kənd 2 saylı tam orta məktəbinin müəllimi;
10. Ağayeva Səkinə Mahir qızı - Gənclərin İnkişaf və Karyera Mərkəzi MMC-nin Masallı nümayəndəliyində könüllü;
11. Mirzəyeva Təranə Sarvan qızı – Gənclərin İnkişaf və Karyera Mərkəzi MMC-nin Masallı nümayəndəliyində könüllü;
12. Rzayev Sabir Rəfiq oğlu - Gənclərin İnkişaf və Karyera Mərkəzi MMC-nin Masallı nümayəndəliyində könüllü;
13. Şahbazov Əhməd Umud oğlu – Gənclərin İnkişaf və Karyera Mərkəzi MMC-nin Masallı nümayəndəliyində könüllü;
14. Zeynalov Məhəmmədəli Rəmzi oğlu – Gənclərin İnkişaf və Karyera Mərkəzi MMC-nin Masallı nümayəndəliyində könüllü;
15. Şəmmədov Samir Yadigar oğlu – Masallı MRX PHŞ-nin reanimasiya şöbəsinin tibb qardaşı
16. Şahverdiyev Əli Burhan oğlu - Masallı MRX PHŞ-nin reanimasiya şöbəsinin tibb qardaşı
17. İbrahimli İlyas Mirələm oğlu – Masallı rayon Mərkəzi Kitabxana Sisteminin Kürdəbaz kənd kitabxanasının kitabxanaçısı;
18. Heydərov Sadiq Mənsim oğlu – II Qarabağ müharibəsi qazisi;
19. Qasımov İbrahim Seyran oğlu – II Qarabağ müharibəsi qazisi;
20. Əliyev Eltun Gülverdi oğlu – II Qarabağ müharibəsi iştirakçısı;
Mükafata layiq görülmüş gənclər aşağıdakılardır:
1. Abdullayev Abbas Füzuli oğlu – Gənclərin İnkişaf və Karyera Mərkəzi MMC-nin Masallı nümayəndəliyində könüllü
2. Abuşov Əmrah Mübariz oğlu-100 (bir yüz) manat - Gənclərin İnkişaf və Karyera Mərkəzi MMC-nin Masallı nümayəndəliyində könüllü
3. Aslanov Kərəm Kərim oğlu - Gənclərin İnkişaf və Karyera Mərkəzi MMC-nin Masallı nümayəndəliyində könüllü
4. Binyatov Sadiq Əlkömək oğlu - Gənclərin İnkişaf və Karyera Mərkəzi MMC-nin Masallı nümayəndəliyində könüllü
5. Hüseynzadə Bayraməli Ramil oğlu - Gənclərin İnkişaf və Karyera Mərkəzi MMC-nin Masallı nümayəndəliyində könüllü
6. Nuri Mətin Müşfiq oğlu - Gənclərin İnkişaf və Karyera Mərkəzi MMC-nin Masallı nümayəndəliyində könüllü
7. Soltanov Hacı Əfrail oğlu - Gənclərin İnkişaf və Karyera Mərkəzi MMC-nin Masallı nümayəndəliyində könüllü
8. Xəlilzadə Fateh Azad oğlu - Gənclərin İnkişaf və Karyera Mərkəzi MMC-nin Masallı nümayəndəliyində könüllü
9. Yusifli Əsra Zamiq qızı - Gənclərin İnkişaf və Karyera Mərkəzi MMC-nin Masallı nümayəndəliyində könüllü
10. Həsənov Orxan Şöhrət oğlu – II Vətən müharibəsi iştirakçısı, qazi
11. Lələyev Mərhəmət Ataxan oğlu – Masallınınsəsi.az xəbər portalının redaktoru
Masallı rayon İcra hakimiyyətində 2020-ci ilin yanvar-aprel aylarında könüllü fəaliyyətini uğurla başa vurmuş bir qrup gəncə Şəhadətnamələr verilmişdir. Həmin gənclər aşağıdakılardır.
1. Əzizli Aysel İlham qızı
2. Bağırzadə İbrahim Ariz oğlu
3. Yusifli Əsra Zamiq qızı
4. Hüseynova Aygün Səfər qızı
5. Cavadzadə Tural Şakir oğlu
Onlayn görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov yekunlaşdıraraq bir daha bütün gəncləri təbrik etdi və hər bir gəncə gələcək fəaliyyətlərində uğurlar arzuladı.