Əsas kapitala yönəldilmiş vəsait
Əsas kapitala yönəldilmiş vəsaitin 93,7 faizi tikinti quraşdırmaya xərclənib
2020-ci ildə əsas kapitala yönəldilmiş investisiyanın məbləği 79586.9 min manat olmuşdur ki, bunun da 23591.5 min manatı dövlət mülkiyyəti, 55995.4 min manatı(ondan 54770.0 min manatı əhalinin şəxsi vəsaititir) isə qeyrı dövlət mülkiyyətinə aiddir. Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 93.7 faizi və ya 74615.9 min manatı tikinti quraşdırmaya xərclənib. Tikinti quraşdırmaya xərclənən məbləğın 28.6 faizi və ya 21359.0 min manatı dövlət mülkiyyətinə, 71.4 faizi və ya 53256.9 min manatı qeyri dövlət mülkiyyəti (qeyri dövlət mülkiyyətinin 97.7 faizi və ya 52031.5 min manatı əhalinin şəxsi vəsaitidir) aiddir.
Əvvəlki ilin müvafiq dövründə isə əsas kapitala yönəldilmiş investisiyanın məbləği 74474.1 min manat olmuşdur ki, bunun da 29154.1 min manatı dövlət mülkiyyəti, 45320.0 min manatı(ondan 35160.0 min manatı əhalinin şəxsi vəsaititir) isə qeyrı dövlət mülkiyyətinə aiddir. Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 94.4 faizi və ya 70324.9 min manatı tikinti quraşdırmaya xərclənib. Tikinti quraşdırmaya xərclənən məbləğın 38.1 faizi və ya 26762.9 min manatı dövlət mülkiyyətinə, 61.9 faizi və ya 43562.0 min manatı qeyri dövlət mülkiyyəti (qeyri dövlət mülkiyyətinin 76.7 faizi və ya 33402.0 min manatı əhalinin şəxsi vəsaitidir) aiddir.
Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə əsas kapitala yönəldilmiş investisiyanın məbləği keçən ilə nisbətən 6.9 faiz və ya 5112.8 min manat artmışdır.