Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhər küçələrində abadlıq işlər davam edir

03 fevral 2021 | 16:00

2020-ci il ərzində Masallı şəhər ərazisində aparılan təmir tikinti, abadlıq və quruculuq işləri davamlı olaraq həyata keçirilmişdir.
Bununla yanaşı S.Vurğun küçəsində 400 p/m suötürücü quraşdırılmış, 300 m2 tamet daşları, 310 p/m betin səki daşları düzülmüş, 10 ədəd işıq dirəkləri quraşdırılmış və küçə boyu mövcud olan hasarlar təmir edilmişdir. Masallı şəhərinin Azərbaycan küçəsində 410 m2 yeni mişar daşından hasarların hörgü işləri aparılmış, 200 m2 mövcud hasarlarda təmir bərpa işləri aparılmışdır. Ümumilikdə 2035 m2 hasar suvanmışdır. Küçədə ümumilikdə 890 m2 ölçüsündə piyada səkiləri yenidən qurulmuşdur. Hazırda hasarların yüksək keyfiyyətli emulsiya boyası ilə rənlənmə işləri davam etdirilir.
Masallı şəhərinin 20 yanvar küçəsində  460 p/m suötürücü quraşdıırlmış, 1050 m2 piyada səkilərinin təmiri və 25 ədəd metal işıq dirəklərinin qurulması işlərinə başlanılmışdır. Hal-hazırda işlər davam etdirilir.
Masallı şəhərinin H.Aslanov küçəsində ümumilikdə 420 metr suötürücü quraşdırılmış, piyada yolunun 550 m2 hissəsində beton səki daşlarının döşənməsi işləri davam etdirilir. Küçədə 290 m2 yöndəmsiz hasarlar sökülmüş və yerində kərpiç materiallı və metal konstruksiyadan ibarət hasarlar inşa edilmişdir. Mövcud mişar daşından olan hasarların 460 m2 hissəsi təmir olunmuş və hazırda boyama işləri həyata keçirilir. Bununla yanaşı həmin hasarların üzərində 210 p/m ölçüsündə dəmir vərəqlərdən ibarət örtüyün quraşdırılması işləri aparılır.
Masallı şəhərinin Z.Əliyeva küçəsində yenidən qurulan piyada səkilərinə 420 m2 tamet döşənmiş, 300 p/m bardür düzülmüş, 11 ədəd işıq dirəkləri quraşdırılmışdır. Küçədə yerləşən 900 m2 mövcud hasarlar suvanmış, boyama işləri tamamlanmışdır.
Masallı şəhərinin B.Vahabzadə küçəsində yenidən qurulan piyada səkilərinə 600 m2 tamet döşənmiş, 400 p/m bardür düzülmüş, 18 ədəd işıq dirəkləri quraşdırılmışdır. Küçədə yerləşən 759 m2 mövcud hasarlar suvanmış, boyama işləri tamamlanmışdır. Küçədə 420 m2 kərpiç materiallı və metal konstruksiyadan ibarət hasarlar inşa edilmişdir. Əlavə olaraq 200 m2 daş hasar tikintisi aparılmışdır.
Masallı şəhərinin Heydər Əliyev prospektində, Azərbaycan, Qarabağ və Z.Əliyeva küçələrində yerləşən piyada səkilərində ötən ildən başlayaraq ümumilikdə 1360 m2 pandusların quraşdırılma işləri davam etdirilir.
Masallı şəhərinin Xətai küçəsində yenidən qurulan piyada səkilərinə 1200 m2 tamet döşənməsi, 1000 p/m bardürün düzülməsi  35 ədəd işıq dirəklərinin qoyulması işləri davam etdirilir. Küçədə 300 m2  kərpiç materiallı və metal vərəqlərdən ibarət hasarlar inşa edilmişdir.
Masallı şəhərinin H.Əliyev prospekti döngə 2, B.Vahabzadə, Babək, M.C.Paşayev, Təbriz, Niyazi, Z.Əliyeva, C.Cabbarlı,  Bülbül, M.Hadi, Ə.Ələkbərov, Ə.Əzimzadə, Nəsimi, Q.Qarayev, Koroğlu, R.Abbasov, F.Əmirov, M.F.Axundov, S.Vuğun küçələrinə ümumilikdə 36940 m2 asfalt döşənmişdir. Bununla yanaşı şəhərin Seybətin, R.Abbasov, Digah, Dadva, Qurtuluş küçələrinə və Kosakül y/m-nə daş-çınqıl materialı verilmiş və hamarlanmışdır.

Keçidlər