Şıxlar ərazisində geniş abadlıq işləri görülür
Masallı rayon Şıxlar ərazisində geniş abadlıq-quruculuq işlərinə başlanılmışdır. Görülən işlər kənd ərazi nümayəndəliyi və xeyriyyəçilərin birgə təşəbbüsü ilə həyata keçirilir.
Belə ki, kəndin əsas və ara yollarının təmiri üçün ümumillikdə 3600 m yolun şebellə döşənməsi nəzərdə tutulmuş, onun 2800 m artıq döşənmiş digər 800 m hissəsinin təmiri isə yaxın günlərdə başa çatacaqdır. Yolların təmir olunan hissəsinə 700 tondan artıq şebel daşı döşənmişdir.
Kənd ərazisində yağış sularının çıxması üçün 1800 m su ötürücü arxlar təmizlənmiş, 110 m su ötürücü borunun içərisi təmizlənmiş, 50 m isə yenisi ilə əvəz olunmuşdur. Kəndin çıxışında olan əsas su aparıcı kanal 1500 m məsafəsində ekskavator vasitəsi ilə qazılaraq təmizlənmişdir.
Kəndin küçələrinin işıqlanması üçün 2600 m yola elektrik dirəkləri basdırılmış, elektrik naqili çəkilmişdir və ümumillikdə 60 ədəd bayraq asılmışdır. Əlavə olaraq 1000 m yola elektrik dirəklərinin basdırılması yaxın günlərdə tamamlanacaqdır.
Kənddə olan məişət tuillantılarının daşınması üçün ilkin olaraq 100 ədəd qutu alınaraq istismara hazır vəziyyətə gətirilmişdir.
Kənddə əkilməsi nəzərdə tutulan 1000 ədəd ağacın 500 ədədi əkilmiş 500 ədədinin isə əkilməsi davam etdirilir.
Şıxlar ərazisində əlavə olaraq 2 ədəd kiçik həcimli parkın salınması nəzərdə tutulmuşdur.