Masallıda "Qəhrəmanlarımızı tanıdaq" layihəsi davam edir
"Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Qəhrəmanlarımızı tanıdaq" layihəsi çərçivəsində Vətən müharibəsinin qazisi Cavid Nurinin gənclərlə onlayn görüşü keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin metodisti Tural Sadıqov əsgərlərimizin şücaətindən və dövlətimizin onlara xüsusi qayğısından söhbət açmışdır.
Tədbirdə çıxış edən II Qarabağ müharibəsinin qazisi Cavid Nuri 44 günlük Vətən müharibəsində keçirdiyi döyüş yolu haqqında məlumat vermiş, əsgərlərimizin fədakarlıqları ilə Vətən torpağını, xalqını müqəddəs tutmalarından danışmışdır.
Vətən müharibəsi iştirakçısı Cavid Nuri Vətən müharibəsi qəhrəmanlarının gənclər arasında təbliği onların milli ruhda əsl vətənpərvər kimi tərbiyə olunmasında böyük əhəmiyyətə malik olduğunu qeyd etmişdir. O , öz şəhid yoldaşları ilə birlikdə göstərdikləri şücaətlərdən danışdı. Şəhidlik hər kəsə qismət olmayın ən yüksək zirvədir. Onlar vətənimiz üçün, bizim üçün canlarından keçdilər, biz bütün ömrü boyu şəhidlərimizə və qazilərimizə borcluyuq. Biz daim sizinlə fəxr edəcəyik!