Masallıda könüllü gənclərə şəhadətnamələr təqdim olundu
04 fevral 2021 | 16:00
04 fevral 2021-ci il tarixdə rayon İcra hakimiyyətinin kiçik iclas zalında mövcud karantin qaydaları gözlənilmək və ara məsafəsi saxlanılmaqla 2020-ci ilin yanvar-aprel aylarında Masallı rayon İcra hakimiyyətində könüllü fəaliyyət göstərən gənclərlə görüş keçirilmişdir.
Görüşdə rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov könüllü fəaliyyətini uğurla başa vurmuş gəncləri təbrik etdi və onlara gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Görüşün sonunda rayon İcra hakimiyyətinin başçısı tərəfindən könüllü gənclərə şəhadətnamələr təqdim olundu.