Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda əmək bazarı

05 fevral 2021 | 16:00

2020-ci ilin yanvar-dekabr aylarında əmək ehtiyatlarının sayı 104185 nəfər olmuşdur. Mövcud əmək ehtiyyatlarından 103810 nəfəri məşğul əhalidir. İlkin hesablanmaya əsasən 2020-ci ilin yanvar-dekabr aylarında muzdla işləyənlərin orta siyahı sayı 15034 nəfər olmuşdur.

Muzdla işləyənlərin 8163 nəfəri (54,3 faizi ) dövlət, 6871 nəfəri (45,7 faizi ) qeyri dövlət bölməsində çalışanlardır.
Muzdla işləyənlərin 2,6 faizi kənd təsərrüfatı,meşə təsərrüfatı və balıqçılıq, 18,3 faizi sənaye, 1,2 faizi tikinti, 27,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri,  2,1 faizi  nəqliyyat və anbar təsərrüfatı və  informasiya və rabitə, 0,7 faizi maliyyə və sığorta fəaliyyəti, 5,5 faizi dövlət idarəetməsi və müdafiə,sosial təminat , 30,5 faizi təhsil, 7,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,2 faizi mədəniyyət istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 0,7 faizi digər sahələrdə xidmətlərin göstərilməsində çalışan işçilər təşkil edir. 2020-ci ilin yanvar-dekabr aylarında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 423,0 manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 68,2 manat və ya 19,2 faiz artmışdır.
İşləyənlərin orta aylıq əməkhaqqı əhalinin həyat səviyyəsinin yüksəlməsini təmin edir. İşçilərin orta aylıq əməkhaqqı artımı əsasən dövlət büdcəsindən maliyyələşən işçilərin aylıq vəzifə maaşlarının hesabına və son illər digər sahələrdə əməkhaqqının artması nəticəsində olmuşdur.

Keçidlər