Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgər Məhəmməd Vəliyev

05 fevral 2021 | 16:00

Məhəmməd Nail oğlu Vəliyev 27 iyun 1996-cı ildə Masallı rayonunun İmanlı kəndində anadan olub. 2003-cü ildə Binə Xocavar kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2014-cü ildə həmin məktəbi bitirib. Orta təhsilini başa vurduqdan sonra, 2014-cü ilin oktyabr ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin aprel  ayında ordu sıralarından tərxis olunub.

Azərbaycan Ordusunun əsgəri Məhəmməd Nail oğlu Vəliyev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Quvadlı rayonlarının alınması uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalıb. Şəhid əsgər Məhəmməd Vəliyevin nəşi 23 oktyabr 2020-ci il tarixdə Sarıcəfərli kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb.

Ailəli idi. Əkiz uşağı yadigar qaldı...

Keçidlər