Masallıda gənclərə mükafatlar təqdim olundu
05 fevral 2021-ci il tarixdə Masallı Rayon İcra hakimiyyətinin kiçik iclas zalında mövcud karantin qaydaları çərçivəsində, xüsusilə 2020-ci ildə rayonda keçirilən tədbirlərdə, 44 günlük Vətən müharibəsində arxa cəbhədə aktiv şəkildə iştirak edən Masallı şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları və Gənclərin İnkişaf və Karyera Mərkəzi Masallı nümayəndəliyinin gənc könüllüləri ilə görüş keçirilib.
Görüşdə Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov görüş iştirakçılarını 2020-ci ildə göstərdikləri uğurlu fəaliyyətlərinə görə təbrik etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Görüşün sonunda Masallı rayon İcra hakimiyyətinin başıçısı tərəfindən iştirakçılara Fəxri-fərmanlar təqdim edildi.