Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda arıçılıq təsərrüfatlarının sayı artıb

07 fevral 2021 | 16:00

Masallı rayonunda kənd təsərrüfatının digər sahələri kimi arıçılıq da inkişaf edir. Arıçılıqla məşğul olanların və arı ailələrinin sayı ilbəil artır. Dövlətin göstərdiyi qayğı, eləcə də hər arı pətəyinə görə subsidiya ayrılması bu sahəyə marağı daha da artırıb.

Masallı Rayon Statistika İdarəsindən  bildirilir ki, hazırda rayonda 642 arıçılıq təsərrüfatı var. Arıçılığın inkişafına dövlət dəstəyinin nəticəsidir ki, cari ildə rayonda arıçılıq təsərrüfatlarının sayı ötən illə müqayisədə 23 təsərrüfat, arı ailələrinin sayı isə 264 ailə artaraq 9447 dən 9711 ailəyə catmışdır.
Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, cari ildə Masallı rayonunda arıçılıqla məşğul olanlara dövlət büdcəsinin vəsaiti hesabına  subsidiya ödənilir.

Keçidlər