Masallıda təqaüd alanlar barədə
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional Ərazi Filialından verilən məlumata görə Masallı rayonu üzrə ümumilikdə 6106 nəfər təqüd alan vardır ki, onlardan Şəhid ailəsi - 224 nəfər, Milli Qəhrəman - 1 nəfər, I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü - 1679 nəfər, Sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü - 1490 nəfər, Əfqanıstanda Sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü - 1 nəfər,
Fəxri adlara görə (Əməkdar) Azərbaycan Respublikası Prezidentinin təqaüdü - 7 nəfər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar Müharibə əlillərinə təqaüd, I qrup - 12 nəfər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar Müharibə əlillərinə təqaüd, II qrup - 158 nəfər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar Müharibə əlillərinə təqaüd, III qrup - 16 nəfər, Çernobil AES-də hərbi xidmət zamanı əlil olanlar, I qrup - 2 nəfər, Çernobil AES-də hərbi xidmət zamanı əlil olanlar, II qrup - 74 nəfər və Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü - 699 nəfər alır.