Masallıda ümumi daxili məhsul istehsalı
09 fevral 2021 | 16:00
2020-ci ilin yanvar-dekabr aylarında rayonda istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.4 faiz və ya 1882.5 min manat artaraq 414959.3 min manatdan 416841.8 min manata catmışdır
Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə ÜDM istehsalının 15.1 faizi və ya 63106.7 min manatı sənaye, 32.5 faizi və ya 135311.5 min manatı ticarət; 1.7 faizi və ya 7263.7 min manatı nəqliyyat və anbar təsərrüfatı, 18.0 faizi və ya 74615.9 min manatı tikinti, 32.3 faizi və ya 134609.8 min manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0.4 faizi və ya 1934.2 min manatı informasiya və rabitə sahələrinin payına düşmüşdur.