Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon Təhsil şöbəsi məktəblərdə reydləri davam etdirir

09 fevral 2021 | 16:00

Rayonun ümumtəhsil məktəblərində tədris və təlim-tərbiyə prosesinin pandemiya şəraitinə uyğun təşkili vəziyyəti ilə bağlı reydləri davam etdirilir.
     09.02.2021-ci il tarixdə Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov və Təhsil Şöbəsinin əməkdaşları rayonun 45 ümumtəhsil məktəbində tədris və təlim-tərbiyə prosesinin pandemiya şəraitinə uyğun təşkili, sinif otaqlarının isidilməsi, şagirdlərin davamiyyəti  vəziyyəti ilə tanış olmuşdur. Eyni zamanda V-IX siniflərin əyani formada təhsilə cəlb edilməsi, fənn olimpiadalarının rayon mərhələsinə hazırlıq, şagirdlərə vətənpərvərlik və milli mənəvi şüurun təbliği və aşılanması ilə bağlı fənn müəllimləri və məktəb rəhbərlərinə tövsiyyələr verilmişdir.

Keçidlər