Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə davam edir

09 fevral 2021 | 16:00

09 fevral 2021-ci il tarixdə 85 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur.

Belə ki, 05 fevral 2021-ci il tarixdən etibarən yaşı 65 və yuxarı olan, həmçinin son 1 il ərzində COVİD-19 analiz nəticəsi pozitiv olmayan və onlayn qaydada randevu.its.gov.az saytında qeydiyyatdan keçən 85 nəfər vətəndaş 09 fevral 2021-ci il tarixdə peyvənd olunmuşdur.
Masallı rayonu üzrə ümumilikdə 882 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 198 nəfəri 65 yaşdan yuxarı, 263 nəfəri 50-65 yaş arası və 421 nəfəri isə 50 yaşadək olan şəxslərdir. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir.

Keçidlər