Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Milli Təhlükəsizlik Nazirliyinin yaranmasının 96-cı ildönümü

27 mart 2015 | 16:00

27 mart 2015-ci il tarixdə Milli təhlükəsizlik orqanları işçiləri 96-cı ildönümünü qeyd ediblər. İlk öncə tədbir iştirakçılar Heydər Əliyev parkında Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq ehtiramlarını göstəriblər. Masallı rayon icra hakimiyyəti başçısı aparatının iclas zalında keçirilən tədbiri giriş sözü ilə Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq rayonda təhlükəsizlik orqanlarının fəaliyyətindən danışdı, dövlətçiliyin və milli maraqların qorunmasında bu təşkilatın rolunu yüksək dəyərləndirdi. Sözçü ulu ondər Heydər Əliyevin ölkə təhlükəsizlik orqanlarının inkişafındakı misilsiz xidmətlərini xatırlatdı, nazirliyin Masallı şöbəsinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etdi.
Sonra Milli Təhlükəsizlik Nazirliyi Masallı rayon şöbəsinin rəisi Şəmsəddin Məmmədov qurumun tarixi və fəaliyyəti barədə məruzəsi ilə çıxış etdi. Natiq qeyd etdi ki, Azərbaycan dövlətçiliyinin qorunub möhkəmlənməsində milli təhlükəsizlik işçilərinin əməyi böyükdür. Azərbaycanda ilk milli təhlükəsizlik orqanı Xalq Cumhuriyyətinin hərbi naziri Səmədbəy Mehmandarovun əmri ilə 1919-cu il martın 28-də təşkil edilib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib. Sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaradılıb. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.
Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsinə xidmət edən ulu öndər Heydər Əliyevin siyasi kursunun dönmədən həyata keçirilməsinə, milli maraqların etibarlı qorunmasına çalışan milli təhlükəsizlik orqanlarının əməkdaşları bu vəzifənin öhdəsindən şərəflə gəlirlər. Hazırda ölkə Prezidenti İlham Əliyev cənablarının bu qurumun fəaliyyətinə göstərdiyi qayğı bizi daha səmərəli fəaliyyətə ruhlandırır. Biz bu diqqətə əməli işimizlə cavab verəcəyik.

Keçidlər