Masallı rayon Təhsil şöbəsinin onlayn iclası
10.02.2021-ci il tarixdə Masallı Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb rəhbərləri və məktəb psixoloqlarının iştirakı ilə virtual iclas keçirildi.
İlk öncə Vətən müharibəsində həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
İclası Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov açaraq qeyd etdi ki, məktəblərdə risk qrupuna daxil olan, çətin tərbiyə olunan şagirdlərlə fərdi pedaqoji-psixoloji işin səviyyəsi daha da yüksəldilməlidir. Bu işdə psixoloqlarla bərabər təşkilatçı müavinlərin və UBT rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür. Eyni zamanda o, qeyd etdi ki, narkomaniyaya qarşı mübarizə, erkən nikahlarla bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində olmalıdır.
Rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov məktəblərdə psixoloji işin düzgün qurulması yollarından danışdı.
İclasın sonunda Əmirtürbə kənd ümumi orta məktəbin psixoloqu Səid Balabəyli, Ərkivan qəsəbə 4 saylı tam orta məktəbinin psixoloqu İldrım Nəzərov, Mahmudavar kənd ümumi orta məktəbinin psixoloqu Məlahət Fərəcova və digərlərinin sualları cavablandırıldı.