Şriftin ölçüsü :

Saytın rəngi :

"Təhsil və Mədəniyyətin inkişafında gənclərin rolu" mövzusunda onlayn konfrans

10 fevral 2021 | 16:00

10.02.2021-ci il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Masallı Dövlət Regional Kollecin müəllim və tələbələrinin iştirakı ilə "Təhsil və Mədəniyyətin inkişafında gənclərin rolu" mövzusunda onlayn konfrans keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Daha sonra Mərkəzin direktoru Dilbər Ibayeva çıxışına başlayaraq bildirdi ki, Mədəniyyət məsələsi bütövlükdə bəşəri məsələdir. Mədəniyyət insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən nəsilə ötürdüyü maddi və mənəvi dəyərlər məcmusudur.Gənc nəsil mədəniyyətimizi qoruyub, inkişaf etdirmək üçün ilk öncə mədəniyyət tarixini və nəzəriyyəsini gözəl bilməlidir.Mədəniyyətin inkişafı və təbliği yüksək səviyyədə olarsa, cəmiyyətin mədəni səviyyəsi də yüksək olar.Gənc nəsil daim irəliyə can atır, daha doğrusu ata-babaların qoyub getdiyi mədəni irsi daha da inkişaf etdirərək yeni-yeni cizgi və əlavələr edərək onu təkmilləşdirir.Lakin mədəni dəyərləri qoruyub saxlamaqla öz mədəniyyətini təbliğ etmək lazımdır.Təhsilin inkişafında, gənc nəslin təlim-tərbiyəsində, yüksək biliklər qazanmasında təhsil işçilərinin, müəllimlərin rolu müstəsna əhəmiyyət kəsb edir.Daha sonra çıxış üçün söz Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadəyə verildi,G.Vəkilzadə çıxışına Ümummilli Lider Heydər Əliyevin nitqi ilə başladı “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir.Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir".
Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Ölkəmizdə gənclər siyasəti istiqamətində həyata keçirilən tədbirlər sistemli xarakter almışdır. Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərinin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihələr və proqramlar həyata keçirilir.  Cəmiyyətin formalaşmasında gənclərin rolu böyükdür.İnsanın şəxsiyyət kimi formalaşmasında, onun inkişafında təhsilin rolu danılmazdır.  Təhsil gəncləri həm istiqamətləndirir,həm də  dünya görüşünü zənginləşdirir və intelektuallaşdırır. Gəncliyin ortaya çıxmasında ilkin şərtlərdən biri təhsildir deyə bilərik. Təbii ki,başqa məqamlar da vardır. Məsələn, informasiya texnologiyaları sahəsini müasir gəncliyin bilməsi vacibdi və önəmlidir. Çünki dünya indi hal-hazırda bütünlüklə internet vasitəsilə bir-birilə əlaqə saxlayır. Gəncliyin dünya dili olan ingilis dilini bilməsi ona daha çox üstünlük verər və dünyaya baxışının artmasında mühüm rol oynayar. Hər hansı bir xarici  dili bilməyən gənc sadəcə Azərbaycan gəncliyin görəcək,amma ingilis və yaxud da rus dilini bilən gənclərin dünyaya hər tərəfli baxa bilmək imkanları olacaq. Çünki bu dillər vasitəsilə dünya gəncliyin görmək mümkündür.
Beləliklə, bu gün hər bir Azərbaycan gənci Ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz  İlham Əliyevin  rəhbərliyi  altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Əlbəttə ki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz  gənclikdir. Əminliklə deyə bilərik ki, Azərbaycan  gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir.Daha sonra çıxış üçün söz Masallı Dövlət Regional Kollecin
Təlim tərbiyə üzrə direktor müavini Dilarə Hüseynova ya verildi.Dilarə Hüseynova bildirdi ki, Təhsil və Mədəniyyəti bir-biri ilə vəhdət təşkil edir. Gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.Bu gün dünyanın ən yüksək tribunalarından gənclərimizin səsinin eşidilməsi, dövlət idarəçiliyində məsul vəzifələrin onlara etibar edilməsi bu inam və etimadın bariz nümunəsidir.Gənclərimizin Vətənin müdafiəsində, torpaqlarımızın işğaldan azad edilməsində, həmişə ön cərgədə olmaları, bu yolda canlarını qurban verərək Şəhidlik zirvəsinə yüksəlmələri ilə hər birimiz fəxr edirik. Qürurverici haldır ki, şəhidlərimizin böyük əksəriyyəti gənclərdir.Sonda tələbələr ilə mövzu ətrafında diskusiya aparıldı

Keçidlər