Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon Təhsil şöbəsinin növbəti onlayn iclası

11 fevral 2021 | 16:00

11 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliynin əməkdaşı Anar Xələfov tədris və təlim-tərbiyə prosesinin pandemiya şəraitinə uyğun təşkili vəziyyəti ilə tanış olmaq üçün rayonun bir neçə ümumtəhsil məktəblərində olmuşdur. Daha sonra məktəb rəhbərləri ilə online konfrans keçirilmişdir.

Konfransı Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov açaraq pandemiya dövründə tədris və təlim-tərbiyə prosesinin təşkili barədə ümumi məlumat vermişdir. Sonra Təhsil Nazirliyinin əməkdaşı monitorinq keçirdiyi məktəblərdə karantin rejimi dövrünün tələblərinə əməl edilməsi vəziyyəti ilə bağlı monitorinq keçirilən məktəblərdə rast gəlinən nöqsanların aradan qaldırılması istiqamətində tövsiyyə və tapşırıqlar vermişdir.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər