Şriftin ölçüsü :

Saytın rəngi :

"Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda onlayn konfrans

12 fevral 2021 | 16:00

12.02.2021-ci il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı , Nəriman Nərimanov adına Şəhər 2 saylı, Dəmirçi kənd tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında "Nizami Gəncəvi ili"elan edilməsi haqqında sərəncamına əsasən Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda onlayn konfrans keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Daha sonra Mərkəzin direktoru Dilbər Ibayeva çıxışına başlayaraq bildirdi ki,Dünya ədəbiyyatının görkəmli nümayəndəsi,dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.Sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.
Daha sonra çıxış üçün söz Mərkəzin əməkdaşı Lətifə Həsənovaya verildi.L.Həsənova dahi şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi.Sonda Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə Nizami Gəncəvinin "Az danışmağın gözəlliyi"qəzəlindən bir parça səsləndirdi.

Keçidlər