"Qələbənin 100-cü günü" mövzusunda gənclərlə onlayn görüş
"Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Vətən Müharibəsinə həsr olunmuş "Qələbənin 100-cü günü" mövzusunda gənclərin iştirakı ilə onlayn görüş keçirilmişdir.
Vətənin azadlığı yolunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükut ilə yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin dərnək rəhbəri Qumral Rzalı əsgərlərimizin şücaətindən və dövlətimizin onlara xüsusi qayğısından söhbət açmışdır.
Tədbirdə çıxış edən II Qarabağ müharibəsinin iştirakçısı kəşfiyyatçı, ehtiyatda olan baş leytenant və Tarix müəllimi olan Ceyhun Qurbanov çıxış edərək Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər qazandığını diqqətə çatdırdı.