Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri

15 fevral 2021 | 16:00

1. 14 fevral 2021-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən Rayon İcra Hakimiyyəti, Rayon Mərkəzi Xəstəxanası, Mərkəzi Poçt, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat və Heydər Əliyev Mərkəzi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
14 fevral 2021-ci il tarixdə 1975 nəfərlə görüşülmüş və onlardan 21 nəfərin maskasız olması müəyyən edilmişdir.

3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
14 fevral 2021-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 2173 nəfərlə görüşülmüş, onlardan 251 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.

4. 14 fevral 2021-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 4148 nəfərlə görüşülmüş və 272 nəfərin maskasız olması müəyyən olunmuşdur.

Keçidlər