Daha bir məşqiçi-müəllimiz fəxri adla mükafatlandırıldı
Heydərov Nemət Əliməmməd oğlu Cənab Prezidentimiz İlham Əliyevin imzaladığı 11 fevral 2021-ci il tarixli Sərancamı ilə , Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illiyi münasibətilə Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adı ilə təltif edilib.
Nemət Heydərov 28 avqust 1966-cı ildə Qodman inzibati ərazisinin Məmmədrzaküçə kəndində anadan olmuşdur. 1973- cü ildə Qodman kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 1983- cü ildə məktəbi əla qiymətlərlə bitirmişdir. 1983-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun birinci kursuna daxil olub, 1989-cu ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra əmək fəaliyyətinə elə həmin İnstitutuda müəllim kimi çalışmağa başlamışdır. 1997-ci ildən baş müəllim, 2019-cu ildən dosent əvəzi kimi fəaliyyət göstərir.
Nemət müəllim işlədiyi müddətdə böyük hörmət ,müxtəlif titullar qazanıb. Çoxlu diplom və kuboklara layiq görülüb. Nemət müəllim idman ustası, fəxri bədən tərbiyəsi işçisi, atletika üzrə Beynəlxalq dərəcəli hakim, Avropa oyunlarının baş hakimi kimi titullara malikdir.
Nemət müəllim istedadlı müəllim olmaqla yanaşı, gözəl ailə başçısıdır. İki övladı var.