Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə davam edir

16 fevral 2021 | 16:00

16 fevral 2021-ci il tarixdə 250 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur.

Belə ki, 05 fevral 2021-ci il tarixdən etibarən yaşı 65 və yuxarı olan, həmçinin son 1 il ərzində COVİD-19 analiz nəticəsi pozitiv olmayan və onlayn qaydada randevu.its.gov.az saytında qeydiyyatdan keçən 250 nəfər vətəndaş 16 fevral 2021-ci il tarixdə peyvənd olunmuşdur.
Masallı rayonu üzrə ümumilikdə 1683 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 999 nəfəri 65 yaşdan yuxarı, 263 nəfəri 50-65 yaş arası və 421 nəfəri isə 50 yaşadək olan şəxslərdir. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir.

Keçidlər