Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgər Məmmədağa Bağırov

17 fevral 2021 | 16:00

Məmmədağa Həsənağa oğlu Bağırov 02 dekabr 1997-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində dünyaya göz açıb. 2004-cü ildə şəhid Rasim Əliyev adına Mollahəsənli kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2015-ci ildə həmin məktəbin onbirinci sinfini bitirib. Sonra çağırışçı kimi 2016-cı ilin yanvar ayında Masallı rayon hərbi komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində başa çatdırıb. 

Azərbaycan Ordusunun əsgəri Məmmədağa Bağırov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşüb. Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 24 noyabr 2020-ci il tarixində böyüyb boy atdığı Masallı rayonunun Xoşçobanlı kəndində izdihamla torpağa tapşırılıb. Subay idi...

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsinin əsgəri Məmmədağa Həsənağa oğlu Bağırov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.

Keçidlər