Masallıda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə davam edir
17 fevral 2021 | 16:00
17 fevral 2021-ci il tarixdə 206 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur.
Belə ki, randevu.its.gov.az saytında qeydiyyatdan keçən 206 nəfər vətəndaş 17 fevral 2021-ci il tarixdə peyvənd olunmuşdur.
Masallı rayonu üzrə ümumilikdə 1889 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 1131 nəfəri 65 yaşdan yuxarı, 291 nəfəri 50-65 yaş arası və 467 nəfəri isə 50 yaşadək olan şəxslərdir. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir.