Şriftin ölçüsü :

Saytın rəngi :

“DəmirBank” Masallı filialının inzibati binasının açılışı olub

10 aprel 2015 | 15:00

10 aprel 2015-ci il tarixdə Masallı şəhəri Gənclər Mərkəzində “Dəmir Bank” tərəfindən “Maliyyə resurslarının sağlam idarə olunması” mövzusunda tədbir keçirmiş və Masallı filialının yeni modern dizaynda təmir olunmuş binasının açılış mərasimini keçirib.
M.Talışxanov küçəsi 3 ünvanında yerləşən Masallı filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir.
Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.Hazırda “DəmirBank”ın 33 filialı fəaliyyət göstərir.

Keçidlər