Masallıda Xocalı soyqırımına həsr olunmuş virtual kompozisiya
Masallıda Xocalı soyqırımına həsr olunmuş virtual kompozisiya təqdim olunub.
18 fevral 2021-ci il tarixdə Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində Xalq teatrının sənət kollektivi və rayonun Dəmirçi kənd ümumi orta məktəbi şagirdlərinin birgə iştirakı ilə virtual tamaşa-kompozisiya təqdim olunub.
Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Xocalını unutmarıq" adlı tamaşa-kompozisiyada faciə qurbanlarının fəryad və iztirabları aktyor və məktəblilərin məharətli ifasında öz əksini tapıb.
Kompozisiyada teatrın rejissoru Cəmaləddin Əliyev və aktyor Cavid Quliyevlə yanaşı, adıçəkilən təhsil müəssisəsinin şagirdləri də rol alıblar. Tamaşaya istedadlı gənc prodüser Mərhəmət Lələyev quruluş verib.
Xatırladaq ki, kompozisiya sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.