Şəhid Masim Qurbanovun 40 mərasimi
18 fevral 2021-ci il tarixdə Ərəb kəndində şəhid Masim Hafis oğlu Qurbanovun 40 mərasimi keçirilmişdir.
Mərasimdə Masallı rayon İcra hakimiyyəti başçısının birinci müavini, YAP Masallı rayon təşkilatının Şura üzvü Məmmədhüseyn Hüseynov, Masallı rayon İcra hakimiyyəti başçısının müavini, YAP Masallı rayon təşkilatının Şura üzvü Adəm Məhərrəmov və Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Rəşid Talıbov, Masallı rayon İcra hakimiyyəti başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Yusifov, ağsaqallar və ziyalılar iştirak etmişlər.
Mərasim iştirakçıları şəhidin məzarını ziyarət etmiş, tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Şəhidin atası Hafiz Qurbanov göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını ifadə etmişdir.