Şriftin ölçüsü :

Saytın rəngi :

“Ana dilimizin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda onlayn tədbir

18 fevral 2021 | 16:00

18.02.2021-ci il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı Mahmudavar kənd tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə Beynəlxalq Ana dili gününə həsr olunmuş “Ana dilimizin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda onlayn tədbir keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir.
Daha sonra Mərkəzin direktoru Dilbər Ibayeva çıxışına başlayaraq bildirmişdir ki, Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Tədbir çərçivəsində Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə də mövzu ilə bağlı geniş çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dili haqqında fikirlərini səsləndirilmişdir. Eyni zamanda G. Vəkilzadə dilimizin inkişaf tarixindən də bəhs etmişdir. Daha sonra söz Mahmudavar kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sima Abasovaya verilib.
S. Abasova bildirmişdir ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm vasitədir. Dilin tarixi xalqın tarixidir, dilin varlığı xalqın varlığıdır.  Bizim ana dilimiz Azərbaycan dilidir. Hər kəs öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Tədbirdə iştirak edən şagirdlərdən Elvira Rəfieva, Fikrət Yusifov və Səttərova Leyla mövzu ilə bağlı çıxışlarını səsləndirmişlər. Tədbirin sonunda şagirdlərdən Zeynəb Qasımova, Fatimə İsgəndərova, Məryəm Səttərova, Zəhra Kərimova Ana dilimizlə bağlı şeirlər səsləndirdilər.

Keçidlər